Avtoreyd.Az Gündəm DİN-dən sosial şəbəkədə yayılan video ilə bağlı – RƏSMİ AÇIQLAMA

DİN-dən sosial şəbəkədə yayılan video ilə bağlı – RƏSMİ AÇIQLAMA


Sosial şəbəkələrdə vətəndaşlarla polis arasında yaşanan gərginliyin əks olunduğu görüntülərlə bağlı araşdırma aparılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, vətəndaşa qarşı hər hansı fiziki təzyiq göstərilməyib, iddiallar əsassızdır.

Qanunsuz əlvan metal daşıdığı üçün Nərimanov rayonu ərazisində Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidmətinin əməkdaşları tərəfindən Vüqar Mahmudovun idarə etdiyi VAZ-21011 markalı avtomobilə “saxla” əmri verilib. Sürücü yol polisinə tabesizlik göstərərək polisin qanuni tələblərindən müxtəlif vasitələrlə yayınmağa çalışıb. Yanında olan azyaşlı övladına ucadan qışqırmağı və yaxınlıqda olan vətəndaşların diqqətini cəlb etməyi tapşırıb.

Tabesizlik göstərən sürücü əraziyə çağırılan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən Nərimanov RPİ 17-ci Polis Şöbəsinə təhvil verilib.

Qeyd olunan hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib.

Related Post

Binəqədi şosesində yağış kanalizasiya sistemi yenidən qurulur – FOTO/VİDEOBinəqədi şosesində yağış kanalizasiya sistemi yenidən qurulur – FOTO/VİDEO

Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının imzaladığı sərəncama əsasən “Azəravtoyol” ASC “Azərsu” ASC ilə birgə kompleks tədbirlər həyata keçirir. “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən AvtoReyd.Az–a verilən məlumata görə,