Avtoreyd.Az Без рубрики DYP hərəkət iştirakçılarına müraciət edib

DYP hərəkət iştirakçılarına müraciət edib


Küləkli hava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

AvtoReyd.Az – ın xəbərinə görə, müraciətdə deyilir:

“Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar, Baş Dövlət Yol Polisi İdarəsi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, belə havada sürücülər tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının da yüksək olmasını nəzərə alaraq, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Bununla yanaşı, güclü küləyin əsməsini nəzərə alaraq, piyadalar da yollarda və küçələrdə təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, əsasən də hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, həmçinin avtomobillərinə hər hansı ziyan dəyməməsi üçün son dərəcə diqqətli və ehtiyatlı olmaq tövsiyə edilir”.

Related Post

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması davam edir – FOTO / VİDEOXırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması davam edir – FOTO / VİDEO

Ölkə prezidentinin sərəncamına əsasən, bir-neçə avtomobil yoluna (Bakı-Sumqayıt, Binəqədi-Novxanı, Mehdiabad-Fatmayı-Goradil, Zabrat-Maştağa) çıxışı təmin etmək və bu yollar üzərində yerləşən qəsəbələrə gediş-gəlişi rahatlaşdırmaq baxımından xüsusi əhəmiyyətə malik olan Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun

Prezident Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olubPrezident Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub. AvtoReyd.Az xəbər verir ki, dövlət başçısına yeni avtomobil yolunun tikintisi çərçivəsində