Bakıda magistral yolların birində sürücülər qeyri-adi halla üzləşiblər.
AvtoReyd.Az xəbər verir ki, BAKU.WS-in qaynar xəttinə daxil olan məlumata görə, buna səbəb yolda “fəaliyyət göstərən” işıqfordur.
Sürücülər iki həftədir eyni vəziyyətlə üzləşirlər. İşıqforun qırmızı və yaşıl işıqları eyni anda yandığından bəzən sürücülər nə etməli olduqlarını bilmirlər.
Mövcud vəziyyət Xocəsən-Lökbatan avtomobil yolunun 5-ci kilometrində hökm sürür.