Avtoreyd.Az Gündəm Yükdaşıma fəaliyyəti ilə məğul olanlara xəbərdarlıq!

Yükdaşıma fəaliyyəti ilə məğul olanlara xəbərdarlıq!


Müşahidələr göstərir ki, bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir. Belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur.

Bununla yanaşı, avtomobil yollarında yüklərin daşınmasında texniki cəhətdən  nasaz və istismara yararsız nəqliyyat vasitələrindən də istifadə edilir ki, həmin avtomobillərdə nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılmaqla hərəkətin intensivliyinə maneçilik yaradır və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə törədir.  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir.  

Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslərin barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək.

Related Post

Azərbaycanda xəstə uşağa təcili yardım çağırdılar, həkimlər ”Jiquli”də gəldi (Video)Azərbaycanda xəstə uşağa təcili yardım çağırdılar, həkimlər ”Jiquli”də gəldi (Video)

Ağdaş rayonunda səhiyyə adına utanc gətirən hadisə baş verib. AvtoReyd.Az Criminal.az-a istinadən xəbər verir ki, xəstələnmiş uşaq üçün təcili yardım çağırılıb. Həkimlər isə təcili yardım maşınında deyil, ”VAZ-21011” markalı köhnə avtomobildə

Bakı Nəqliyyat Agentliyi paytaxtın Xətai rayonunda nəqliyyatın sıxlığının azaldılması üçün təklif hazırlayıbBakı Nəqliyyat Agentliyi paytaxtın Xətai rayonunda nəqliyyatın sıxlığının azaldılması üçün təklif hazırlayıb

Bakının Fəzail Bayramov və Yusif Səfərov küçələrini birləşdirən iki istiqamətli, 4 zolaqlı yolda aparılan təhlillər nəticəsində müəyyən çatışmazlığın olduğu müəyyən edilib. AvtoReyd.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA)