Avtoreyd.Az Nəqliyyat Bakının altı rayonunda piyadaların təhlükəsizliyi təmin edilib

Bakının altı rayonunda piyadaların təhlükəsizliyi təmin edilib


Piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə 165 küçədə pandus, 139 küçədə təhlükəsizlik tumbası, 121 küçədə məhəccər quraşdırılıb.

AvtoReyd.Az  ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, eyni zamanda 61 küçənin səkiləri standartlara uyğunlaşdırılıb:

“65 küçədə 146 yeni eynisəviyyəli piyada keçidləri təşkil edilib, 78 piyada keçidində “sarı döyünən işıq” tətbiq edilib. 14 məntəqədə isə yeni 88 piyada işıqforu quraşdırılıb”.

V.Kərimli görülmüş işlər nəticəsində paytaxtın 6 rayonunda əlçatanlıq və təhlükəsizlik təmin edilib, piyadaların maneəsiz hərəkəti 22 faiz artırılıb:

“Piyadaların rahat hərəkəti üçün təxmini 130 kilometr səkinin davamlılığı təmin edilib”.

AvtoReyd.Az

Related Post

Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun 14 km hissəsində asfalt örtüyünün döşənməsi yekunlaşırŞükürbəyli-Cəbrayıl-Hadrut yolunun 14 km hissəsində asfalt örtüyünün döşənməsi yekunlaşır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir. Bu barədə AvtoReyd.Az –