“İctimai nəqliyyat vasitələrinin hərəkət sxemində dəyişiklik edilməsində məqsəd “Formula-1” oyunları davam etdiyi müddətdə şəhər əhalisinin ictimai nəqliyyata əlçatanlığını təmin etməkdir”.

AvtoReyd.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O, sürücülərə müraciət edərək zərurət olmadığı müddətdə oyunlar davam etdiyi günlərdə şəhərin mərkəzinə şəxsi avtomobillə gəlməməyə, ictimai nəqliyyatdan istifadə etməyə çağırıb: “Bu, ictimai nəqliyyatın rahat və maneəsiz hərəkəti üçün vacibdir”.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.