Avtoreyd.Az Hadisə Paytaxtda çökən yolla bağlı rəsmi AÇIQLAMA

Paytaxtda çökən yolla bağlı rəsmi AÇIQLAMA


Səbail rayonu, Şeyx Şamil küçəsində yolun asfalt-beton örtüyündə çökmənin baş verməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. 

AvtoReyd.Az xəbər verir ki, məsələ bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli sosial şəbəkə hesabında paylaşım edib. 

O bildirib ki, AAYDA-nın aidiyyəti şöbəsi artıq məlumatlandırılıb:

“Bildiririk ki, qısa müddət ərzində çökmənin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq və yolun asfalt-beton örtüyü bərpa ediləcək”.

AvtoReyd.Az

Related Post