Avtoreyd.Az Nəqliyyat Paytaxtda daha bir marşrut xətti üzrə gediş haqqı kartla ödəniləcək

Paytaxtda daha bir marşrut xətti üzrə gediş haqqı kartla ödəniləcək


Müntəzəm marşrut xətləri üzrə avtobusların “BakıKart”a inteqrasiyası davam edir.

Bakı Nəqliyyat Agentliyindən (BNA)  verilən məlumata görə, 03.06.2021-ci il tarixindən 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi – “Koroğlu” m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd olunub ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Səfəvilər küçəsi 70;

Gülüstan küçəsi 47A

Sabunçu qəsəbəsi -Şəhər şosesi

AvtoReyd.Az

Related Post

Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilibŞuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib

Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa üzrə hazırlanmış layihə əsasında aparılır. Yeni trassa iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə