Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin olunub.

AvtoReyd.Az Unikal.org-a istinadla xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Ruslan Rəhimov Astara DYP-nin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Qəbələ DYP-də rəis müavini vəzifəsində çalışıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.