Avtoreyd.Az Dörd çarx Cəlilabadda reyd keçirilib, sürücülər cərimələnib

Cəlilabadda reyd keçirilib, sürücülər cərimələnib


Cəlilabadda atmosferi çirkləndirən nəqliyyat vasitələri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayonda nəqliyyatın sıx olduğu yerlərdə nəzarət-profilaktiki tədbirlər təşkil olunub.

Əsas məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınıb. Bu barədə sürücülərlə bir daha izahat işləri aparılıb və diqqətə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.

AvtoReyd.Az

Related Post

Avtobus sürücüləri “Giriş qadağandır” nişanına niyə məhəl qoymur? – VİDEOAvtobus sürücüləri “Giriş qadağandır” nişanına niyə məhəl qoymur? – VİDEO

“Giriş qadağandır” nişanı olsa da, sərnişin avtobuslarının sürücüləri buna məhəl qoymur. Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Səbail rayonu, Yeni Salyan şossesinin Bibiheybət mescidi yaxınlığından keçən hissəsindən gedir. Şossenin Xanlarov küçəsi