Avtoreyd.Az Nəqliyyat Paytaxtda növbəti marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Paytaxtda növbəti marşrut xəttində ödəniş “BakıKart”la olacaq


Bakının marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir.

AvtoReyd.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, nağdsız ödəniş sisteminə keçid sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətlidir. “BakıKart”a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəffaflığın artırılması baxımından da vacibdir. Sərnişindaşımada təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərir.

Sabahdan 108B nömrəli marşrut xətti (metronun “Azadlıq prospekti” stansiyası – Mehdiabad qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart”la ödəniləcək.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Mehdiabad qəsəbəsi üzrə “28 May” küçəsi, 269A., Cəfər Cabbarlı küçəsi 5, Binəqədi rayonu üzrə isə Azadlıq prospekti, 104, A.Hüseynov küçəsi, Mərkəz Binəqədi, Binəqədi 2-ci Mədən, Novxanı yolu ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

AvtoReyd.Az

Related Post

Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti qeyri-qanunidir-Rəsmi xəərdarlıqŞəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti qeyri-qanunidir-Rəsmi xəərdarlıq

Paytaxtdan bölgələrə mikroavtobuslarla sərnişin daşınır. AvtoReyd.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bir ildir sərnişinlərin kütləvi daşınmasına Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən icazə verilmir. Hətta ötən ilin mart ayından ölkə

Taksi adı altında sui istifadə hallarına yol vermək istəyənlərə fərqlənmə nişanı verilməyibTaksi adı altında sui istifadə hallarına yol vermək istəyənlərə fərqlənmə nişanı verilməyib

Bakı Nəqliyyat Agentliyinin Fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinə müraciət edənlərin sayı kəskin şəkildə artıb. Adi günlərdə 50-dən artıq müraciətin daxil olduğu halda 03.04.2020 tarixində 500 nəfərə yaxın sürücü fərqlənmə nişanı alınmasına