Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
AvtoReyd.Az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Ədalət Abbasov Bakının Nizami Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.