Avtoreyd.Az Nəqliyyat Gələn ayın 1-dən immun sertfikatı və COVİD-19 pasportu olmayan sürücülər reysə buraxılmayacaq

Gələn ayın 1-dən immun sertfikatı və COVİD-19 pasportu olmayan sürücülər reysə buraxılmayacaq


Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əsasən COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir.

AvtoReyd.Az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarova bildirib.

O bildirib ki, bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən qərarın icrasının təmin olunması ilə bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edilib: “Oktyabrın 1-dən etibarən immun sertfikatı və COVİD – 19 pasportu olmayan sürücülər aşkarlanarsa, həmin sürücülərin reysdə iştirakına icazə verilməyəcək”.

AvtoReyd.Az

Related Post

Sürücülərin nəzərinə: Bu yolda hərəkət qismən məhdudlaşdırılacaqSürücülərin nəzərinə: Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AvtoReyd.Az – a verilən məlumata görə, 14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən