Avtoreyd.Az Dörd çarx Ziya Bünyadov prospektində yeni yerüstü piyada keçidi inşa edilib

Ziya Bünyadov prospektində yeni yerüstü piyada keçidi inşa edilib


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sifarişi ilə Bakı şəhəri, Ziya Bünyadov prospekti, 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında yeni yerüstü piyada keçidi inşa edilib.

Beynəlxalq standartlara cavab verən müasir texnologiyalar əsasında ekoloji cəhətdən təhlükəsiz və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, özünün memarlıq elementləri, xüsusən gecə görüntüsü ilə şəhərin görkəminə xüsusi rəng qatır.

Müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 90.08 metr, qalereyanın uzunluğu 57.10 metr, daxili eni 3.5 metr, keçidaltı qabariti isə 5.8 metrdir.

İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.

Related Post

BNA məktəb binalarının ətrafındakı yollarda piyada keçidləri təşkil edilib (Foto)BNA məktəb binalarının ətrafındakı yollarda piyada keçidləri təşkil edilib (Foto)

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir. Vətəndaş müraciətləri əsasında, mütəxəssislərimizin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil edilib, yararsız

Qobustan-Poladlı yolunun yenidən qurulması yekunlaşır (Video+Foto)Qobustan-Poladlı yolunun yenidən qurulması yekunlaşır (Video+Foto)

Yol infrastrukturunun müasir səviyəyə çatdırılması nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasında, həmçinin bölgələrdə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Yolların müasir səviyyədə yenidən qurulması həm yük və sərnişin daşımasını xeyli yaxşılaşdırır,