Avtoreyd.Az Nəqliyyat Paytaxtın magistral yollarında sürət həddi endirilib

Paytaxtın magistral yollarında sürət həddi endirilib


Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Qurum hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edib: “Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”.

Related Post

Taksi adı altında sui istifadə hallarına yol vermək istəyənlərə fərqlənmə nişanı verilməyibTaksi adı altında sui istifadə hallarına yol vermək istəyənlərə fərqlənmə nişanı verilməyib

Bakı Nəqliyyat Agentliyinin Fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinə müraciət edənlərin sayı kəskin şəkildə artıb. Adi günlərdə 50-dən artıq müraciətin daxil olduğu halda 03.04.2020 tarixində 500 nəfərə yaxın sürücü fərqlənmə nişanı alınmasına

Ağcabədidə 14 min əhalinin istifadə etdiyi yolların yenidən qurulması bitmək üzrədirAğcabədidə 14 min əhalinin istifadə etdiyi yolların yenidən qurulması bitmək üzrədir

Uzunluğu 41 km olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolundan ayrılır. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası sözügedən yaşayış