Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.
AvtoReyd.Az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis baş leytenantı Bayram Cəfərov təyinat alıb. Qeyd edək ki, o, bu təyinatdək Laçın Rayon Polis Şöbəsində çalışıb.