Avtoreyd.Az Gündəm DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ


“Bakı Şəhər Dövlət Yol Polisi paytaxtın tıxac səbəbindən keçilməz yollarında tədbirləri gücləndirib”.

AvtoReyd.Az xəbər verir ki, yol polisi tərəfindən küçələrdə, yolların hərəkət hissəsində və piyada səkilərində yol-hərəkət qaydalarını pozan sürücülərə qarşı reydlərə başlanılıb.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, vətəndaşların haqlı narazılıq və narahatlığının aradan qaldırılması, süni sıxlıqların yaşanmaması üçün yol polisi gücləndirilmiş qaydada tədbirlərə başlayıb:

“Dəfələrlə paytaxt yollarının, piyada səkilərinin zəbt olunması məsələsini vurğulasaq da, təəssüflər olsun ki, hələ də yolların hərəkət hissəsində, piyada səkilərində eyni növ problemlər gündəlik olaraq təkrarlanır. Yol polisi yenidən gücləndirilmiş iş rejiminə keçib”.

“Bir daha sürücülərdən xahiş edirik ki, həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Çünki belə bir hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”.

Related Post

BNA və əcnəbi mütəxəssislər nəqliyyatın idarə edilməsi sahəsini müzakirə edibBNA və əcnəbi mütəxəssislər nəqliyyatın idarə edilməsi sahəsini müzakirə edib

“Müasir meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir”. Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, məqsəd, bu sahədə

Sabah olan hava proqnozuSabah olan hava proqnozu

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və