Avtoreyd.Az Avtoxəbər Bahalı nömrələrlə bağlı rüsumlar – ikinci oxunuşda təsdiqləndi

Bahalı nömrələrlə bağlı rüsumlar – ikinci oxunuşda təsdiqləndi


Azərbaycanda avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı üzrə dövlət rüsumlarının məbləği dəyişdirilir. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Layihə barədə müzakirələrdən sonra ikinci oxunuşda təsdiqləndi. Təklifə əsasən, rüsumlar dövlət nömrə nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə müəyyən edilib.

Belə ki, 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün

– müxtəlif seriya – 1500 manatdan 2000 manata;

– eyni seriya – 2500 manatdan 3000 manata;

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün

– müxtəlif seriya – 1000 manatdan 1500 manata;

– eyni seriya: 1500 manatdan 2000 manata;

111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün

– müxtəlif seriya: 500 manatdan 1000 manata;

– eyni seriya: 1000 manatdan 1500 manata qaldırılır.

Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum müəyyənləşəcək.

Hazırda isə bu rəqəm 22 manatdır. Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Related Post

UAZ əfsanəvi “Xanteranın” yeni qeyri-adi modelini 45-illiyinə buraxır (Foto)UAZ əfsanəvi “Xanteranın” yeni qeyri-adi modelini 45-illiyinə buraxır (Foto)

Avtomobillərin yubiley modelləri yalnız təmtəraqlı super avtomobillər istehsalçıları buraxmır. Belə modelləri UAZ kimi təcrübəli və köhnə-xeyirxah avtomobil  istehsalçıları da edir. AvtoReyd.Az-ın verdiyi məlumata görə,”Xanter” yolsuzluq  avtomobilin 45-illiyinə Ulyanov avtomobil zavodu

Cərimə yazılıb, amma sürücü protokolla razılaşmır – mübahisəli vəziyyət yaranıb – VİDEOCərimə yazılıb, amma sürücü protokolla razılaşmır – mübahisəli vəziyyət yaranıb – VİDEO

Sumqayıtda Səməd Vurğun küçəsində ziddiyyətli bir vəziyyət yaranıb. Deməli, yol qapalıdır və sürücü geri dönməyə məcburdur, ancaq yolun ortasında qoşa xətt çəkilib. AvtoReyd.Az Xezerxeber.az-ın məlumatına istinadən verir ki, votsap nömrəmizə müraciət