Gəncə şəhərində minik avtomobili mağazaya çırpılıb.
AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, şəhərin Müseyib Bağırov 157 ünvanında “Fiat” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini şəhər ərazisindəki mağazalardan birinə çırpıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin Renat Əliyev ağır xəsarət alıb.
R.Əliyev xəstəxanaya aparılan zaman dünyasını dəyişib. Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır.