Avtoreyd.Az Nəqliyyat BNA baş vermiş yol qəzası ilə bağlı açıqlama yayıb

BNA baş vermiş yol qəzası ilə bağlı açıqlama yayıb


Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün Bakının Suraxanı qəsəbəsində – Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə baş vermiş yol qəzası ilə bağlı açıqlama yayıb.

AvtoReyd.Az xəbər verir ki, açıqlamada deyilir ki, hadisə nəzarətə götürülərək müvafiq araşdırma aparılıb. Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən “BUS TRANS” MMC”, “Transkontrol” MMC və “Azlənd Plaza” MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb.

Hadisə nəqliyyat vasitələrinin reysə başlanma vaxtından əvvəl qeyd alındığından avtobuslarda sərnişin olmayıb. “Azlənd Plaza”nın müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb.

AvtoReyd.Az

Related Post

Xətai rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 10,05 milyon manat ayrılıbXətai rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 10,05 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.  AvtoReyd.Az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərinin