Avtoreyd.Az Gündəm Nazir Aqil Abbasın rəis oğluna töhmət verdi

Nazir Aqil Abbasın rəis oğluna töhmət verdi


Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib. Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir.

Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb.

AvtoReyd.Az

Related Post