Yol nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini labüd edir. Yollarda təhlükəsizliyin təmin edilməsinin nəticəsidə yol-nəqliyyat hadisələrinin minimum sayda qeydə alınması hələlik arzu olaraq qalmaqdadır.
Bəs qəzalara daha çox səbəb kimlərdir: sürücülər, yoxsa piyadalar?
Yollarda insan ölümü ilə nəticələnən qəza hadisələrinə rast gəlirik. Təhlükəsiz Şəhər kameraları vasitəsi ilə ötən il baş verən bir neçə qəzaların görüntüsünü izləyirsiniz. Yol hərəkət iştirakçılarının ani diqqətsizliyi, yüksək sürət və yol hərəkət qaydalarına məhəl qoyulmaması bəzən qəza hadisələrini qaçılmaz edir. Sürücü məsuliyyətsizliyi səbəbindən baş verən qəzaların böyük əksəriyəti yüksək sürətdir, lakin müşahidələr onu da göstərir ki, piyada xəsarəti və ölümü ilə nəticələnən qəzaların böyük qismi piyada zolaqlarında baş verir.
İşıqforlarda piyadaların hərəkətini dayandıran və icazə verən işıqlandırma və səs siqnallarının quraşdırılmasına baxmayaraq piyadalar tərəfindən bu gedişlərdən düzgün istifadə olunmaması qəzaları qaçılmaz edir.
Nizamlanmayan piyada keçidində isə piyadalar nədənsə bütün keçmə haqqının mütlək şəkildə onlara aid olduqlarını düşünürlər. Unutmaq olmaz ki, hərəkətdə olan avtomobilin sürət həddini və qalan məsafəni tam müəyyənləşdirmədən piyada zolağına daxil olmaq qəzaya səbəb olur. Bəzən piyada zolağına bir neçə metr məsafədə belə yolu keçmək istəyən piyadalara rast gəlirik. Mobil telefona başı qarışıq piyada zolağına daxil olan, avtomobillə məsafəni dəyərləndirməyən və ümumiyətlə avtomobillərin sıx hərəkət etdiyi yerlərdən heçnəyə məhəl qoymayan piyadalara rast gəlirik. Sürücülər üçün məhdud görünmə saatlarında və ya dumanlı, yağıntılı hava şəraitində bu qaydalara riayət etməmək bu riski daha da artırır.
Bəzən təhlükənin fərqində olmayan piyadalar, avtomobilin əyləcinə güvənən sürücülər, yolun hərəkət hissəsində hərəkət edənlər, işıqforun onlar üçün qadağanedici işığına əməl etməyənlər bir şeyi unudurlar! Yolun heç bir tərəfi təhlükəsiz deyil! Bu yoldur və yolda olanlar yol həkət iştirakçısı sayılır. Yolda olan hər bir yol hərəkət iştirakçısı istər piyada olsun, istər sürücü ilk öncə öz təhlükəsizliyini düşünsə qəza hadisələri də can almaz. Qaydalar hər kəs üçündür. Çalışaq qaydalara əməl edək, ən azından öz təhlükəsizliyimiz üçün.
Посмотреть эту публикацию в Instagram