M8 Maştağa – Gənclik m/st-sı ekspres xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

AvtoReyd.Az Bakı Nəqliyyat Agentliyinə isinadən xəbər verir ki, dəyişikliyə əsasən, M8 xətti üzrə avtobusların Ziya Bünyadov prospekti, Böyük Şor qovşağı yaxınlığındakı dayanacaq məntəqəsi artıq ləğv edilib.

Maştağa qəsəbəsi – Gənclik m/st-sı istiqamətində avtobusların hərəkəti sabahdan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən keçməklə təşkil ediləcək.

“Metronun “Gənclik” stansiyası istiqamətində M8 xətti ilə hərəkət edəcək sərnişinlərdən ikinci perrondan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda bildirilir.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.