Avtoreyd.Az Gündəm Qanunsuz ödənişli parklanma yerinin təşkilinə görə cərimələr müəyyənləşib

Qanunsuz ödənişli parklanma yerinin təşkilinə görə cərimələr müəyyənləşib


Dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə cərimələr müəyyənləşib.

“Report”un əldə etdiyi məlumata görə, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Belə ki, dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2 min manat məbləğində cərimə ediləcək.

AvtoReyd.Az

Related Post