Avtoreyd.Az Gündəm Qanunsuz parklanmaya görə cərimə yazacaq qurumlar məlum oldu

Qanunsuz parklanmaya görə cərimə yazacaq qurumlar məlum oldu


“Parklanma ilə bağlı cərimələri paytaxda Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyi tətbiq edəcək”.

AvtoReyd.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bölgələrdə isə bu cərimələri Daxili İşlər Nazirliyi tətbiq edəcək.

AvtoReyd.Az

Related Post