Avtoreyd.Az Gündəm “Yandex” və “Uber” Azərbaycanda taksi bizneslərini birləşdirir

“Yandex” və “Uber” Azərbaycanda taksi bizneslərini birləşdirir


“Yandex” və “Uber” şirkətləri Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Qazaxıstanda onlayn-sifariş üzrə taksi xidmətlərinin birləşdirilməsinə dair müqavilə imzalayıb.

AvtoReyd.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Yandex.Taxi” şirkətinin baş direktoru bildirib ki, xidmətlərin birləşməsindən sonra istifadəçilər üçün “Yandex.Taxi”, eləcə də “Uber” tətbiqlərinin hər ikisi əlçatar olacaq.

“Sürücülərin bazası vahid platformada birləşəcək. Bu isə sürücülərə bir dəfəyə iki proqramdan sifariş almağa imkan verəcək. Bütün bunlar sürücülərə 1 saatda daha çox sifariş almaq, sərnişinlərə isə gedişin münasib qiymətə olmasına şərait yaradacaq”, – o, bildirib.

Qeyd edək ki, bütün taksi sürücüləri sifarişlər bölgüsünün eyni alqoritmi və “Yandex”in naviqasiya-kartoqrafiya texnologiyasından istifadə edəcəklər. Bundan əlavə, indi istifadəçilər üçün xüsusi rouminq sazişi fəaliyyət göstərəcək.

Hazırda “Yandex”in səhmlərinin dəyəri tarixi maksimuma çatıb.

AvtoReyd.Az

Related Post

Prezident İlham Əliyev paytaxtın keçmiş “Sovetski” ərazisində yeni yolların açılışında iştirak edib (Foto)Prezident İlham Əliyev paytaxtın keçmiş “Sovetski” ərazisində yeni yolların açılışında iştirak edib (Foto)

Azərbaycan prezidenti İlham Əliyev Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yenidən qurulan “Statistika” dairəsinin, Nəriman Nərimanov prospektinin və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib. AvtoReyd.Az-nın məlumatına görə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri