Avtoreyd.Az Gündəm Tarif şurasından dizel yanacağının qiyməti ilə bağlı açıqlama (RƏSMİ)

Tarif şurasından dizel yanacağının qiyməti ilə bağlı açıqlama (RƏSMİ)


Azərbaycanın Tarif şurasının (qiymət) gündəliyində dizel yanacağının qiymətinə yenidən baxılması məsələsi yoxdur.
AvtoReyd.Az-in trend-ə istinadla məlumatına görə, bu fikirləri Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov AzTv telekanalının efirində bildirib.
“Hazırda Tarif şurasının gündəliyində hər hansı tariflərin, o cümlədən dizel yanacağının tariflərinin, dəyişdirilməsi ilə əlaqədar məsələ yoxdur”.
O həmçinin qeyd edib ki, Аİ-92 markalı benzinin qiymətinin artırılması məsələsi dəfələrlə müzakirəyə qoyulub, lakin əvvəlki illərdə bu addım məqsədəuyğun hesab edilməyib: “Strukturlar tərəfindən müraciət daxil olduqda, məsələ dərhal müzakirəyə çıxarılmır. İlk olaraq ciddi təhlil aparılır, və yalnız bundan sonra məsələ müzakirəyə çıxarılır, nəticədə Şura tariflərin dəyişib-dəyişməmək haqda qərar qəbul edir. Yanacağın tarifləri sonuncu dəfə 2013-ci ildə dəyişdirlib, amma bu o demək deyil ki, ötən dörd il ərzində tariflərin dəyişdirilməsi üçün bizə müraciət olunmayıb. Sadəcə, bu günə qədər bu addım məqsədəuyğun hesab edilmirdi”.

Related Post

M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun bir hissəsi yenidən qurulur – VİDEO / FOTOM6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun bir hissəsi yenidən qurulur – VİDEO / FOTO

Birbaşa olaraq yük və sərnişin daşımasının asanlaşmasına, turizm və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq avtomobil yolu layihələrin icrası ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin verdiyi tövsiyyə və tapşırıqlara əsasən “Azəravtoyol”