“Ulyanovsk avtomobil zavodu” MMC Rusiyada 150 minə yaxın avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, qərar avtomobilin oksigen ötürücüsünün işində, eləcə də mufta dəstəyində qeydə alınan qüsurlarla əlaqədardır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2014-cü ildə istehsal olunmuş UAZ “Patriot”, “Pikap” və “Karqo” modellərinə şamil olunur.
Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.