Avtoreyd.az bildirir ki, San-Luisdə fermaların birində iblis simalı keçi balası doğulub. Yenicə anadan olan heyvanın insana bənzər bərəlmiş gözləri və yastı sifəti var.
“Bədheybət” çəpişin sahibləri onun nədən belə şəkildə dünyaya gəlməsinin səbəbini bilmirlər.
Ölü doğulan heyvanla ictimaiyyət fermerin qızının qeyri-adi çəpişin videosunu şəbəkədə yerləşdirdikdən sonra maraqlanıb.
“Onun yalnız üzünün forması fərqlidir, qalan məsələlərdə o, adi keçi balasıdır”, – heyvanın sahibəsi belə deyib.
Qorxunc heyvan haqqında xəbər yerli polisə çatdıqdan sonra, qanun keşikçiləri bu hadisəni araşdırmağa söz veriblər.
http://www.youtube.com/watch?v=0LTQrEbopfM
