Avtoreyd.az bildirir ki, Hyundai şirkəti salonunda canlı insan olan Solaris sedanını qəza sınağından keçirib.
Avtomobilin sükanı arxasında Ceyson Born və Ceyms Bond haqqında çəkilən filmlərdə Mett Deymon və Deniyel Kreyq kimi məşhurlara dublyorluq edən rusiyalı kaskadyor Martin İvanov olub. Hyundai Solarisin dəmir-beton maneə ilə toqquşması kameralar tərəfindən saniyədə 1000 kadr sürəti ilə qeydə alınıb.
Rusiyalı kaskadyor saatda 64 kilometr sürətlə maneəyə çırpılıb. Zərbədən sonra sürücü travma almadan müstəqil şəkildə avtomobildən bayıra çıxıb. Eyni göstəricilərlə olan qəza testi Avropa təşkilatı Euro NCAP tərəfindən də həyata keçirilib.
http://www.youtube.com/watch?v=nIWWCJUohFs