Avtoreyd.Az Gündəm Cəlilabadda reyd zamanı gərgin anlar

Cəlilabadda reyd zamanı gərgin anlar


Cəlilabadda yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə yol polis əməkdaşları reyd keçiriblər.

ARB TV xəbər verir ki, rayonun mərkəzində təşkil onunan reyddə təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklik eliyən, sürücülük vəsiqəsi olmayan avtomobil idarə edən, yol hərəkət qaydalarına sadiq qalmayan sürücülər saxlanılaraq barələrində inzibati protokollar tərtib olunur.

Bəzi sürücülər avtomobillərinin cərimə meydançasına etiraz edərək yol polisi ilə mübahisə ediblər. Gün ərzində davame dən reyddə 500-ə yaxın sürücü barəsində inzibati protokol tərtib olunub.

Daha sonra reyd Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində davam edib.

AvtoReyd.Az

Related Post