Avtoreyd.Az Gündəm Bakıda bu da oldu: Parkomat ərazisindəki avtomobil cərimə meydançasına aparıldı – VİDEO

Bakıda bu da oldu: Parkomat ərazisindəki avtomobil cərimə meydançasına aparıldı – VİDEO


Bakıda bəzi ərazilərə quraşdırılan parkomatlar, yaxud da parkomatların düzgün quraşdırılmaması yol polisləri ilə sürücüləri üz üzə qoyur. Parkomat olan ərazidə maşını saxlayan bir nəfərin başına gələnlər belə deməyə əsas verir. Çünki parkomat ərazisindəki avtomobil evakuatorla cərimə meydançasına aparılıb. Bəs buna nə səbəb olub? Məsləni aydınlaşdırmağa çalışmışıq.

Avtomobilini qanuni parklama yerində saxlayan sürücü 20 dəqiqə sonra yerində olmadığını görüb. Hadisə Yusif Xəlilovun başına gəlib. Paytaxtın Səməd Vurğun küçəsində parkomat olan ərazidə saxladığı avtomobili cərimə meydançasına aparılıb.

Yusif Xəlilov cəriməsini ödəyərək maşını geri götürüb. Amma o bilmək istəyir ki, qanunla icazə verilən ərazidən avtomobil niyə götürülməlidir. Sürücüylə birgə cərimə meydançasına yollansaq da, ordan məsələyə münasibət bildirmək istəmədilər.

Bakı Şəhər Yol Polisi İdarəsindən məsləyə açıqlama gətirdilər. Bildirildi ki, avtomobil yolun kəsişmə hissəsinə yaxın məsafədə saxlanıldığı üçün ərazidən götürülüb. Avtomobilin parklanmaya icazə verən göy xəttin daxilində dayandığına gəlincə isə…

Yol polisi idarəsinin sözçüsü Vaqif Əsədov deyir ki, bir neçə yerdə parkomatların yolun kəsişən hissəsində qurulmasına və xətlərin düzgün çəkilməməsinə rast gəlinib və problem aradan qaldırılıb. Bu əraziyə də yenidən baxış keçirilməsi üçün aidiyyatı qurumlara müraciət ediləcək.

Related Post

BNA-dan “Yol həyatdır!” devizi altında yeni layihə – VIDEOBNA-dan “Yol həyatdır!” devizi altında yeni layihə – VIDEO

Təhlükəsiz nəqliyyat mühitinin formalaşdırılmasında insanların düzgün maarifləndirilməsinin vacibliyini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi yeni layihənin icrasına başlayıb. “Yol həyatdır!” devizi altında reallaşacaq yeni layihə Agentliyin hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə başlatdığı

Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisinə 700 min manat ayrılıbSaatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisinə 700 min manat ayrılıb

Prezident İlham Əliyev yanvarın 5-də “Saatlı rayonunun Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi