Avtoreyd.az bildirir ki, Naq Pançami bayramı bütün ölkə boyunca geniş qeyd edilir, xüsusilə Maharaştra, Qərbi Benqaliya ştatlarında və ölkənin cənub regionlarında. Bu zaman ilanlar üçün kütləvi şəkildə xüsusi mərasimlər keçirilir. Məqsəd, onları ələ almaqla insanları zəhərli sancmalardan xilas etməkdir.
Bugünlərdə Hindistanın bir çox şəhərlərinin küçələrində əyləşərək qarşılarındakı səbətlərdə kobralar olan ilan ovsunçularını görmək olar.
Yerli inanclara görə, səbətin qarşısında dayanaraq ilana süd, düyü, su və ya meyvə kimi yeməli hədiyyələr etmək yaxşı hərəkət sayılır.