Avtoreyd.az bildirir ki, Floridadan olan 25 yaşlı Aleksandr Sperber banka daxil olaraq kassiri hədələyib və beş min dollar tələb edib. Bu zaman o bildirib ki, silahı var, ancaq nədənsə bank əməkdaşını tapança şəklində tutduğu şəhadət barmağıyla hədələyib.
Kassir soyğunçuya 4700 dollar ilə birlikdə rəng dolu kapsul da verib. Hansı ki, bir neçə saniyə sonra partlayıb.
Bankı tərk etdikdən sonra 25 yaşlı gənc, bütün paltarlarını soyunaraq Fort-Loderdeyl küçələri boyunca lüt qaçaraq 50 və 100 dollarlıq əskinasları ətrafa səpələyib. Bir müddətdən sonra polis Sperberi saxlayıb. 25 yaşlı Aleksandr soyğunçuluqda ittiham olunur. Buna görə o, 10 il azadlıqdan məhrum edilə bilər.
Dindirilmə zamanı Sperber deyib ki, bu hərəkəti ilə komik karyerasına başlamaq istəyib.
Bu ifadəsindən sonra polis onu müayinə üçün yerli psixiatriya xəstəxanasına göndərib. Tibbi müayinə 25 yaşlı gəncin sağlam olduğunu göstərib. Buna görə hazırda Aleksander Sperber soyğunçuluqda ittiham üzrə real müddətə məhkum edilə bilər.