Avtoreyd.az bildirir ki, Tesla və SpaceX-in banisi İlon Mask, avtomobilləri tunellərə çatdıracaq yeraltı liftin fəaliyyətini göstərən video dərc edib.
Videoçarxda platforma, Tesla avtomobilini yerin altına aparır.
Maskın ideyası ondan ibarətdir ki, avtomobillər yerin altına ensin və xüsusi platformalarda tikilən tunellər üzrə hərəkət etsin.
Gələcəkdə o, bu sistemi Hyperloopla birləşdirmək niyyətindədir.
Xatırladaq ki, Hyperloop – daxilində qatar hərəkət edən polad borulardan ibarət Mask tərəfindən işlənmiş nəqliyyat sistemidir- aerodinamik balışlı germetik kapsuldur. Belə kapsulun sürəti saatda 500 kilometri keçə bilər.