Astara rayonunun dağlıq ərazisində yerləşən, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən və 26 km uzunluğunda olan Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yolunun tikinsi davam etdirilir.

Bir-neçə gündür ki, Taxtanəkəran-Toradi yoluna asfalt döşənməsinə başlanılıb. Qısa müddətdə yolun 1 km-dən çox hissəsinə alt və üst qat asfalt döşənib.

Layihəyə əsasən ərazidə biraşırımlı dəmir-beton konstruksiyalı avtomobil körpüsünün tikilməsi də nəzərdə tutulub. Uzunluğu 28, eni isə 6 metr olacaq körpü yolun 12,4-cü kilometrində yerləşəcək.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa olunan Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yolunun tikintisi başa çatdıqdan sonra Astara rayonunda turizmin inkişafı üçün geniş imkanlar açılacaq.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.