Avtoreyd.Az Gündəm “Sahil” stansiyası əsaslı təmir işlərinin aparılması məqsədilə bağlanacaq

“Sahil” stansiyası əsaslı təmir işlərinin aparılması məqsədilə bağlanacaq


Bakı Metropolitenin 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.

Bunu AvtoReyd.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı sərəncamı ilə təsdiq olunmuş Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramında stansiyaların yenidən qurulması, əsaslı təmiri və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub. Dövlət proqramına uyğun olaraq, “Sahil stansiyasında aparılacaq əsaslı təmir müddətində quraşdırılmış “LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe” şirkətinin “Viktoriya” tipli 4 eskalatoru quraşdırılacaq.

Qeyd edilənləri nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, “Sahil” stansiyası 20.08.2017-ci il tarixindən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq və qatarlar bu stansiyada dayanmadan “İçərişəhər” və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.

Əsaslı təmirin aparıldığı müddət ərzində sərnişinlərdən getdikləri ünvanı əvvəlcədən nəzərə alaraq, metronun “Sahil” stansiyasına yaxın olan “İçərişəhər” və “28 May” stansiyalarının xidmətindən istifadə etmələri xahiş olunur, – deyə məlumatda vurğulanıb.

AvtoReyd.Az

Related Post

Cəriməsini ödəməyən piyadalar üçün yeni cəza – yayınmaq mümkün olmayacaq – VideoCəriməsini ödəməyən piyadalar üçün yeni cəza – yayınmaq mümkün olmayacaq – Video

Cəriməsini ödəməkdən imtina edən piyadalara qarşı tədbirlər gücləndirilib. Bundan sonra yol hərəkəti qaydalarını pozduqları üçün cərimələnən piyadalar cərimələrini ödəməsələr, bəzi sənədləri ala bilməyəcəklər. Avtoreyd.az Xezerxeber.az-a istinadən bildirir ki, piyadalara qarşı tətbiq