Magistral yollarda avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə BDYPİ-nin 13-cü alayı tərəfindən Hacıqabul-Horadiz magistralının 9-cu kilometrliyində reyd təşkil edilib.
AvtoReyd.Az APA-nın məlumatına görə,bildirir ki, yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Reyd zamanı ümumilikdə 25-dək sürücü barəsində inzibati qaydada protokollar tərtib edilərək cərimələr yazılıb. Sənədləri olmayan bəzi avtomobillər müvəqqəti duracağa yerləşdirilib.
BDYPİ tərəfindən reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.