Avtoreyd.Az Avtoxəbər Bakıda maşın alverçilərinin daha bir fırıldağı ifşa edildi

Bakıda maşın alverçilərinin daha bir fırıldağı ifşa edildi


jurnalist Elgün Mənsimov avtomobil alverçilərinin maşın alıb-satarkən etdikləri fırıldaqlarından birinin üstünü açıb.
AvtoReyd.Az milli.az-a istinadən xəbər verir ki, bu halla öz avtomobilini satarkən rastlaşıb:
“Srağagün maşını internetdə satdığa qoydum. Üzərindən 15 dəqiqə keçməmiş 20-yə yaxın zəng gəldi. Vədələşdik, gəlib maşına baxdılar. Gələnlərin 99 faizi alverçilər idi. Baxmayaraq ki, yalandan “alverçi deyiləm” deyə israr edirdilər. Bu günədək maşının nə kondisionerində, nə də “ponorama lyuku”nda heç bir problem olmayıb. Nə isə.. Alverçilərdən biri (iki nəfər idi) maşına oturub nə edib-etmədi, düşəndə dedi ki, kondisionerlə, lyuk işləmir. Dedim ola bilməz. Yoxladım, ha gözləyirəm kondisioner soyutmur. Lyuku açdım, açılmadı, ilişib qaldı. Məəttəl qalmışdım. Nə isə…
Bunlar gedəndən sonra oturub bir daha yoxladım. Məlum oldu ki, kondisionerin hava çıxan klapanlarını aşağı fırladıb bağlayıbmış, lyukun arasına isə balaca şurup atıbmış. Zəng edib nəsil-nəcabətinə qədər “düzdüm asfalta”. Nakişi olduğunu dəfələrlə “kantofka”sına yapışdırdım. İndi də telefonuna zəng çatmır ki, görüşüb hirsimi daha da soyudum. Adam nə qədər alçaq, şərəfsiz olar ki, bunları etsin…”
Sonda avtomobilini istədiyindən də yaxşı qiymətə, halal bir adama satdığını deyən jurnalist maşın satarkən alverçilərdən uzaq durmağı tövsiyə edib: “Ayıq olun, alverçini yaxınınıza buraxmayın! Onlar 5-10 manatdan ötrü hər şey etməyə qadirdilər…”

Related Post

Ən çox qadın qəzaları.Ən çox qadın qəzaları.

Əksər hallarda kişi sürücülüərlə müqaisədə qadın sürücülərin düşdüyü yol-nəqliyyat hadisələrinin səbəbi o qədər də əhəmiyyətli deyil. AvtoReyd.Az bildiri ki,bu statistik məlumatları son 5 il ərzində yol-nəqliyyat hadisələrini analiz edən sığorta şirkətləri

Sərnişindaşıma ilə məşğul olan şirkətlərin birləşdirilməsinə başlanılıbSərnişindaşıma ilə məşğul olan şirkətlərin birləşdirilməsinə başlanılıb

Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğuı olan fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb. AvtoRed.Az bildirir ki,Bakı Nəqliyyat Agentliyindən FaktXəbər-ə verilən məlumata görə, Agentliyin təşəbbüsü ilə başladılan birləşmə prosesi daşıyıcıların