Avtoreyd.Az Gündəm Bakı avtovağzalında vətəndaşların qarşılaşdıqları problem

Bakı avtovağzalında vətəndaşların qarşılaşdıqları problem


Bakı Beynəlxalq Avtovağzalında kassalarda 5.50 AZN-ə satılan biletləri rayonlara işləyən avtobusların sürücüləri 8 AZN-dən vətəndaşlara satır.

AvtoReyd.Az xəbər verir ki, belə iddia ilə baku.ws-yə müraciət edən vətəndaş Rəqsanə Bayramova ötən gün Gəncəyə getmək istəyərkən avtovağzalda bu mənzərə ilə qarşılaşdığını bildirir.

“Dünən Gəncə şəhərinə getmək üçün saat 13:30-da Bakı Beynəlxalq Avtovağzalına gəldik. Bilet almaq üçün 13 və 14 nömrəli kassaya yaxınlaşdım. Yaxınlaşan zaman bir oğlanın kassirlə dava etdiyini gördüm. Nə baş verdiyini soruşdum. Aydın oldu ki, kassada bilet yoxdur. Camaatı isə “kompüter xarab olub  və saat 16-ya bilet verə bilərik ancaq” deyərək aldadırlar. İşçilər vətəndaşa doğru-dürüst cavab vermirlər. Məcbur qalıb sürücüdən bilet aldıq”, – şikayətçi qeyd edir.

Onun sözlərinə görə, avtobus sürücüsü  5.50 AZN-lik bileti vətəndaşlara 8 AZN-dən satır: “Kassada 5.50 manat olan bilet niyə 8 manatdan satılır? Kassalar və sürücülər əlbir olub quldurluq edirlər. Kassirlər biletləri öncədən sürücülərə satırlar. Sürücülər isə istədikləri qiymətə satırlar. Aidiyyəti qurumlara səslənirəm: bu özbaşınalığa son qoyun!”

AvtoReyd.Az

Related Post

BNA-dan xəbərsiz mərkəzi yolu bağladılar – Edilən dəyişiklik Bakıda hərəkəti iflic etdiBNA-dan xəbərsiz mərkəzi yolu bağladılar – Edilən dəyişiklik Bakıda hərəkəti iflic etdi

“Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə əvvəlcədən məlumat verilmədən dəyişiklik edilib”.  Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb. O bildirib ki,

Bakı Nəqliyyat Agentliyi qanunsuz parklanmaya qarşı tədbirləri qücləndirirBakı Nəqliyyat Agentliyi qanunsuz parklanmaya qarşı tədbirləri qücləndirir

Vətəndaşların əvvəlcədən məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq bildiririk ki, 01.12.2019-cu il tarixdən Heydər Əliyev prospektində (şəhər istiqamətində) yolun Bakı Metrosunun “Koroğlu” stansiyasının qarşısındakı hissəsində texniki vasitələrin, o cümlədən kameraların köməyi ilə