Avtoreyd.Az Avtoxəbər Azərbaycanda çimərliklərin yaxınlığında pulsuz avtodayanacaqlar quraşdırılacaq.

Azərbaycanda çimərliklərin yaxınlığında pulsuz avtodayanacaqlar quraşdırılacaq.


Avtoreyd.az-in Trend-ə istinadən məlumatına görə, bu, dövlət başçısının sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nda qeyd edilib.
Tədbirlər Planına əsasən, 2017-2020-ci illərdə çimərlik operatorlarının istifadəsində olan çimərlik sahələrinin dənizə çıxış yerlərində standartlara uyğun məlumatlandırma lövhələri quraşdırılacaq. Həmin ərazinin yaxınlığında nəqliyyat vasitələri üçün pulsuz avtodayanacaqların salınması ilə bağlı tədbirlər görüləcək.
Eyni zamanda, 2017-ci ilin aprel-sentyabr ayları ərzində çimərliklərin fəaliyyətini tənzimləyən hüquqi aktlar hazırlanacaq, o cümlədən korporativ idarəetmənin və keyfiyyət standartlarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulur.
Bu il ərzində Xəzər dəniziinin sahillərində yeni çimərliklərin salınması üçün müvafiq sahilboyu ərazilərin müəyyən edilməsi, model çimərlik layihələri əsasında çirmərliklərin yaradılması ilə bağlı təkliflər hazırlanacaq.

Related Post

Estoniyada pilotsuz avtobuslar fəaliyyət göstərməyə başlayıb (Video)Estoniyada pilotsuz avtobuslar fəaliyyət göstərməyə başlayıb (Video)

Avtoreyd.az bildirir ki, Tallinndə sərnişinlərin daşınması üçün pilot layihəsi çərçivəsində marşrut xətlərindən birinə sürücüsüz avtobuslar buraxılıb. Pilotsuz avtobuslar həftədə altı gün sərnişinlərə pulsuz xidmət göstərəcək. Nəqliyyat, Estoniyanın Avropa Birliyi Şurasında sədrliyi