Avtoreyd.Az Dörd çarx Piyadalar yolun hərəkət hissəsindən keçirlər – Həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar – VİDEO

Piyadalar yolun hərəkət hissəsindən keçirlər – Həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar – VİDEO


Bəzi piyadaların məsuliyyətsizliyi barədə dəfələrlə süjet təqdim etmişik. Bir sıra sakinlər piyada keçidləri ola-ola yolun hərəkət hissəsindən keçirlər. Bununla da öz həyatları üçün ciddi təhlükə yaradırlar. Yol qəzalarının statistikası da dediklərimizə sübutdur. Əməkdaşlarımız qayda pozuntularına yol verən piyadaları lentə alıblar

Biri kiməsə səsli mesaj ata-ata yolu keçir. Digərləri isə heç nəyə fikir vermədən övladları ilə birgə yolun hərəkət hissəsindən keçirlər.

Ətrafda 4-5 piyada keçidinin olmasına baxmayaraq piyadalar qaydaları pozaraq avtomobillərin intensiv keçdiyi yollardan keçirlər.

Az qala maşın vuran bu gəncə niyə həyatını təhlükəyə atırsan sualını veririk. Aldığımız cavab isə qəribədir.

Maraqlısı budur ki, qaydaları pozanlar arasında istənilən yaş kateqoriyasından olan insanlar var. Əksəriyyət də piyada keçidlərindən istifadə etməməyi vaxt azlığı və məlumatsızlıqla əlaqələndirirlər.

Bu cavablar piyadaların öz həyatlarına qarşı nə qədər biganə olmalarını göstərir.Qəzaların statistikası da bunu bir daha sübut edir. Bakı şəhəri dövlət yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, hadisələri təhlil edərkən məlum olub ki,qəzaların 67 faizini piyada vurmalar təşkil edir. Əksər qəzalar isə məhz piyada keçidlərinin yaxinlığında baş verir. Bölmə rəisinin sözlərinə görə bu da sürücü diqqətsizliyi və piyada səhlənkarlığından irəli gəlir.Belə ki, piyadalar yolu keçərkən, qulaqcıq, telefon və diqqət yayindiran digər vasitələrdən istifadə edirlər. Piyadaların sağa-sola baxmadan “avtomobil məni görməlidir” düşünərək hərəkət etmə faktları çoxluq təskil edir.Vaqif Əsədovun sözlərinə görə bakıda 80-ə yaxın yerüstü və yeraltı piyada keçidləri inşa edilsə də ,vətəndaşlar oradan az-az istifadə edirlər. Ona görə də məsuliyyətsiz piyadalara qarşı sərt tədbirlər görüləcək.

AvtoReyd.Az

Related Post