Avtoreyd.Az Dörd çarx Ermənistan dünyanın ən çox yol qəzası baş verən üç ölkəsindən biridir

Ermənistan dünyanın ən çox yol qəzası baş verən üç ölkəsindən biridir


Gürcüstan, Rusiya və Ermənistan yol qəzalarında ölüm sayına görə tərtib olunan reytinqdə ilk sıralarda qərarlaşıb.

Bu barədə “Report” “Corestone” analitik şirkətinə istinadən məlumat verir.

Reytinqdə Gürcüstan bütün ölkələri qabaqlayıb. Qonşu ölkədə hər milyon sakinə 163,6 ölü düşüb. Rusiya hər milyon sakinə 160,4 ölü göstəricisi ilə 2-ci pillədə qərarlaşıb. Ermənistanda isə yol qəzalarında hər milyon sakinə 114,7 ölüm sayına görə ilk üçlüyə daxil olub.

Ən az ölüm faktı qeydə alınan ölkələrin ilk üçlüyü isə belədir: Norveç (22,5), Malta (25,5) və İsveç (26,4).

Bu baxımdan, ən təhlükəsiz ölkələr arasında həmçinin Böyük Britaniya (27,7), İsveçrə (30,5), İrlandiya (35,8), İspaniya (36,4), Hollandiya (36,7), Yaponiya (38, 3) və İsrail də (38,4) yer alıb.

AvtoReyd.Az

Related Post

Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması yekunlaşır (Video+Foto)Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması yekunlaşır (Video+Foto)

Azərbaycanda yol infrastrukturunun təkmilləşdirilməsi, yeni körpülərin və yol ayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Regionlarda“Azərbaycan Respublikası regionlarının

Britaniya hökuməti pilotsuz taksilər üçün 13 milyon pul ayırdıBritaniya hökuməti pilotsuz taksilər üçün 13 milyon pul ayırdı

Böyük Britaniya sakinləri iki ildən sonra pilotsuz taksilərin xidmətindən istifadə edə biləcəklər.Lent.az-ın Hightech.fm-ə istinadən xəbərinə görə, Britaniya hökuməti avtomobillərin pilotsuz idarəedilməsi texnologiyasının işlənməsi ilə məşğul olan konsorsiumun yaradılmasını dəstəkləyib. Büdcədən