Çində dünyanın ən sürətli qatarının fəaliyyəti yenidən bərpa olunacaq.

“Güllə qatar” sentyabr ayından etibarən dəmiryol xəttinə buraxılacaq.

Sözügedən qatarın sürəti saatda 350 kilometrə çatır. Qatar Pekin-Şanxay reysi üzrə hərəkət edir. “Güllə Qatar” iki şəhər arasında olan 1250 kilometrlik məsafəni 4 saat 30 dəqiqəyə qət edəcək.

Çin 2008-ci ildən etibarən sürət qatarlarını işə salıb. Lakin, ölkə rəhbərliyi 2011-ci ildə iki qatarın toqquşması ilə nəticələnən qəzadan sonra sürət həddini 250-yə endirmişdi. Həmin qəza nəticəsində 40 nəfər ölüb, 191 nəfər xəsarət alıb.

Hazırda Çində 20 min kilometrdən çox sürətli dəmiryol xətləri mövcuddur./AzNews.az

http://www.youtube.com/watch?v=XpWL3rvBeDk

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.