Avtoreyd.Az Gündəm Sürücünü tapança ilə hədələyən şəxslə bağlı – YENİ XƏBƏR

Sürücünü tapança ilə hədələyən şəxslə bağlı – YENİ XƏBƏR


Binəqədi Rayon Polis Bölməsinin əməkdaşları Bakıda avtobus sürücüsünü tapança ilə hədələyən sərnişinin kimliyini müəyyənləşdiriblər. 

AvtoReyd.Az-in Sputnik Azərbaycan-a istinadən məlumatına görə, videoda görüntülənən sərnişin 1988-ci il təvəllüdlü Bərdə sakini Orucov Orxan Cəmil oğludur.

Məlum olub ki, Orucov həmçinin müxtəlif şəxslərə borclu olduğu üçün də polis tərəfindən axtarılır. Hazırda onun saxlanılması və məsuliyyətə cəlb edilməsi üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 85 saylı avtobusa daxil olan sərnişin sürücüyə öz iradlarını bildirərək, onu tapança və ya tapançaya bənzər əşya ilə hədələyib.

AvtoReyd.Az

Related Post

Rusiyanın Müdafiə Nazirliyi Qələbə gününə hazırlıqla bağlı maraqlı videoklip hazırlayıb- VİDEORusiyanın Müdafiə Nazirliyi Qələbə gününə hazırlıqla bağlı maraqlı videoklip hazırlayıb- VİDEO

  Mayın 9-da Qırmızı meydanda  faşizm üzərində qələbənin şəfərinə təşkil ediləcək parada hazırlıqla bağlı videoda hərbi ekipajların məşqlərinin son dövrü əks olunub. Parada hazırlıq Moskva ətrafındakı  Alabino poliqonunda keçirilib. Videoçarxın

Prezident Astarada yol tikintisinə 3,4 milyon manat ayırıbPrezident Astarada yol tikintisinə 3,4 milyon manat ayırıb

Prezident İlham Əliyev “Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. AvtoReyd.Az xəbər verir ki, sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi