Avtoreyd.Az Gündəm DYP rəsmisi Kamran Əliyevdən : “Satılır” qadağası ilə bağlı açıqlamanı mən yaymamışam”

DYP rəsmisi Kamran Əliyevdən : “Satılır” qadağası ilə bağlı açıqlamanı mən yaymamışam”


Bir neçə gündür ki, mətbuatda avtomobillərin üzərində “satılır” elanının yazılmasının qadağan edilməsi ilə bağlı müzakirələr gedir. Qeyd edək ki, belə bir açıqlama Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin adından yayılıb.

Ekspertlər isə bu qadağaya etiraz edərək, bunun hər hansı hüquqi əsasının olmadığını bildiriblər. Belə ki, şəxsin öz maşınını satması kommersiya fəaliyyəti hesab olunmadığından “Reklam haqqında” qanunun tələbləri ona şamil oluna bilməz.

“Yeni Müsavat”ın müxbiri mətbuatda gedən təndiqlər və müzakirələrlə bağlı DYP-nin mövqeyini öyrənmək üçün Kamran Əliyevlə əlaqə saxlayıb.

Kamran Əliyev isə belə bir açıqlamadan xəbərsiz olduğunu bildirib: “Mən 15 gündür məzuniyyətdəyəm, ölkədə deyiləm. Belə bir açıqlamadan və müzakirələrdən xəbərim yoxdur. Avtomobilin üzərinə sadəcə “satılır” sözünün yayılması niyə qadağan olunmalıdır ki?… Mənim adımdan bu açıqlamanın necə yayılması haqqında isə heç nə deyə bilmərəm”.

AvtoReyd.Az

Related Post

“Sovetski” hər gün dəyişir – yol infrastrukturu müasirləşir – VİDEO / FOTO“Sovetski” hər gün dəyişir – yol infrastrukturu müasirləşir – VİDEO / FOTO

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə aparılan

DYP-dən XƏBƏRDARLIQDYP-dən XƏBƏRDARLIQ

Sentyabrın 1-də Qurban bayramı ilə bağlı paytaxtdakı məscidlərin ətrafındakı küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılmayacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi