Kanadanın Britaniya Kolumbiyası əyalətində, Tappen şəhəri yaxınlığında iki hektar ərazini əhatə edən avtomobil qəbiristanlığı satışa çıxarılıb.
340-dan çox avtomobil, ərazi və burada yerləşən bina üçün 1,45 milyon kanada dolları (təxminən bir milyon ABŞ dolları) istənilir. Buranı alacaq şəxs mülkiyyət olaraq təmir edilmiş evə, 83 kvadrat metrlik bərpa sexinə, 110 kvadrat metrdən artıq anqar sahəsinə və bir çox tikinti materiallarına sahib olacaq.
Avtomobillərin arasında adi markalarla yanaşı, həm də kifayət qədər nadir nüsxələr də var. Onların qiyməti 375 dollardan 26 min dollara qədər dəyişir.