Avtoreyd.Az Avtoxəbər QAZ yük maşını əsasında yaradılmış “Next Vepr” konseptual pikapı təqdim etdi(Foto)

QAZ yük maşını əsasında yaradılmış “Next Vepr” konseptual pikapı təqdim etdi(Foto)


AvtoReyd.Az məlumatına görə,beynəlxalq hərbi-texniki forum “Ordu – 2017″da “QAZ Qrupu ” “Next Vepr” adlı pikapın prototipini təqdim edib. Gələcəkdə bu model QAZ-330811 “Qaban”modelini əvəz etməyi nəzərdə tutur.Hal-hazırda QAZ-330811 “Qaban”modeli kiçik partiyalarla QAZ-3308 «Sadko» əsasında 2006-cı ildən buraxılır.

“Next Vepr” perspektivli yük avtomobili “Next Sadko”əsasında yığılıb , arxa qatlanan bortla 2-sətirli kabinaya və yük platformasına malikdir.Avtomobilin qabaritləri belədir: uzunluğu — 6430 millimetr, en — 2268 millimetr. Klirens — 315 millimetr, öhdəsindən gəlinən çay keçidinin dərinliyi – 950 millimetr. Aşağı salan ötürülmənin ötürücü sayı – 1,982. Yükqaldırma qabiliyyəti — 2,5 ton, bütöv kütləsi — 6,85 ton təşkil edir.

Pikap 149 at gücü və 4,4-litrlik  turbodizel mühərriki ilə təhciz edilib.Transmissiya  tam ötürücüdür,qabaq və arxa körpülərdə diferensiallar, sərt qoşulan qabaq körpüsü,18 düymlük təkərli disklər,hər yerdə gedən rezin və önündə güclü mexaniki dartıcı ilə fərqlənir.

Related Post