Avtoreyd.Az Gündəm “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub


Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubu həlledici matça çıxıb.

 

AvtoReyd.Az-ın məlumatına görə,  Qurban Qurbanovun komandası səfərdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşıb.

 

Matç “Kopenhagen”-in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsi bərabər olsa da, rəqib meydanda vurulan top hesabına “Qarabağ” növbəti mərhələyə adlayıb. Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Beləliklə, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

 

UEFA Çempionlar Liqası

 

Pley-off mərhələsi

 

23 avqust

 

“Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan) – 2:1

Qollar: Santander, 45, Pavloviç, 66 – Dino, 63

İlk oyun – 0:1

AvtoReyd.Az

Related Post

Hava şəraiti qeyri-sabit keçəcək, qar yağacaq, temperatur 4-6 dərəcə aşağı enəcəkHava şəraiti qeyri-sabit keçəcək, qar yağacaq, temperatur 4-6 dərəcə aşağı enəcək

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 21-i gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.