Avtoreyd.Az AvtoSığorta Avtomobillərin icbari sığortası ilə bağlı yeni təkliflər – Endirimlər olmayacaq

Avtomobillərin icbari sığortası ilə bağlı yeni təkliflər – Endirimlər olmayacaq


Avtomobillərin icbari sığortasında endirimlərin qarşısını almaq üçün təkliflər hazırlanır.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında müzakirələr aparılır. Çünki qurumda hesab edirlər ki, indiyə qədər tətbiq edilən inzibati sanksiyaların sığorta şirkətləri tərəfindən təklif edilən icbari sıgorta üzrə endirimlərin qarşısının alınmasında effektivliyi olmayıb.

Qanunsuz endirimləri dayandırmaq üçün daha çox iqtisadi metodlardan istifadə ediləcək.

Ekspertlər hesab edir ki, sığorta üzrə nağd ödənişlərdən sığorta şirkətləri öz mənafeləri üçün istifadə edir.

Təkliflər qəbul edilərsə və təmirin keyfiyyətinə nəzarət olunarsa daha yaxşı olar. Əks halda isə sürücülər narazı qalacaq.

Ekspertlər deyirlər ki, yeni təklif daha çox avtoservislərə sərf edəcək. Çünki onların müştərilərinin sayı artacaq.

AvtoReyd.Az

Related Post

“GILAN HOLDING” “AZSIĞORTA” ASC – yə görə məhkəməyə verildi“GILAN HOLDING” “AZSIĞORTA” ASC – yə görə məhkəməyə verildi

19.03.2019-cu il tarixində İmişli-Saatlı yolundan Məmmədov İlqar İmamverdi oğlunun mülkiyyətində olan “KAMAZ” markalı dövlət nömrə nişanı  11-BC-626 nəqliyyat vasitəsi “AZSIĞORTA” ASC-də mülki məsuliyyəti sığortalanmış sürücünün törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 9

Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcəkSığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası cari ilin 16, 20, 21 və 22 noyabr tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün attestasiya keçirəcək. Palatdan  verilən məlumata görə, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə